23 noyabr 2022, 19:00

Ülkər İbadovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Siz Azərbaycan xalqının və hər bir vətəndaşın rifahının yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görürsünüz.

Sizin və ailə üzvlərinizin xüsusi qayğıya ehtiyac duyan, valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsi üçün gördüyünüz işlər, göstərdiyiniz təşəbbüslər böyük humanistlikdən irəli gəlir. Belə xeyirxah, humanist və nəcib işləriniz Sizi xalqımızın gözündə daha da ucaldır.

Əziz Prezidentimiz, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzulayıram.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Ülkər İbadova

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.