23 noyabr 2022, 15:37

Səbuhi Məmmədovdan, Ağcabədi, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Mən Vətən müharibəsi iştirakçısıyam və hazırda Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə hərbi qulluqçu olaraq xidmətimi davam etdirirəm. Mən bir vətəndaş kimi, Sizdən və dövlətimdən hər zaman diqqət və qayğı görmüşəm. Çətinliyə düşəndə, əlim hər yerdən üzüləndə ümid yerim, pənah ünvanım Siz olmusunuz. Nəinki mən, eləcə də ailə üzvlərim də Sizin köməyinizi görüblər. Mənim anam işlədiyi “Baku Steel Company” QSC-də bu yaxınlarda ixtisara salınmışdı. Bununla əlaqədar Sizə müraciət ünvanlamışdım və kömək göstərməyinizi xahiş etmişdim. Sizin sayənizdə məsələ öz həllini tapdı. Bir daha gördük ki, əziz Prezidentimiz özünün də dediyi kimi, hər zaman şəhid ailələrinin, qazilərin yanındadır, onların problemlərinə həssaslıqla yanaşır.

Müzəffər Ali Baş Komandan, çox sağ olun ki, bizim ailəni darda qoymadınız. Qayğı və diqqətinizə görə Sizə bütün qazilər adından minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Səbuhi Məmmədov

Vətən müharibəsi qazisi

Azərbaycan Respublikası, Ağcabədi şəhəri.