logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rəna Abbasovadan, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

21 noyabr 2022, 18:21

Hörmətli cənab Prezident.

Sizin müstəqil Azərbaycanımızın ərazi bütövlüyünün bərpası üçün etdiklərinizi xalqımız heç vaxt unutmayacaqdır. 30 il idi ki, bu tarixi Qələbənin həsrəti ilə yaşayırdıq. Vətən üçün böyütdüyümüz oğullar düşmənə sinələrini sipər etdilər. Biz şəhid ailələri daim Sizin, Mehriban xanım Əliyevanın diqqət və qayğınızı öz üzərimizdə hiss edirik. Bunun üçün Sizə şəhid anaları adından minnətdarlığımı bildirirəm.

Zəfər Günü ərəfəsində şəhid oğlum Aysənan Abbasovu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etməyiniz mənə bir təskinlik oldu. Dövlətimizin, Ali Baş Komandanımızın şəhidlərimizi həmişə uca tutduğunun, onların ailələrinə dəstək olduğunun bir daha şahidi olduq.

Cənab Prezident, Sizə bir daha minnətdarlığımı bildirirəm.

Dərin hörmət və ehtiramla,

Abbasova Rəna Həsən qızı

Şəhid anası

Azərbaycan Respublikası, Tərtər rayonu, Seydimli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi