21 noyabr 2022, 13:38

Fidan Hacıyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunmuş 44 günlük Vətən müharibəsində Sizin rəhbərliyiniz altında şanlı Ordumuzun qazandığı Zəfər bütün dünyaya səs salmışdır. Hər kəs Azərbaycanın necə hünərlə mübarizə apardığının, öz problemini özünün həll etdiyinin şahidi oldu.

Şəhid ailələrinə, müharibə əlillərinə göstərdiyiniz yüksək diqqət və qayğı, onların sosial vəziyyətinin və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bir vətəndaş kimi məni çox qürurlandırır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu müdrik siyasət Sizin tərəfinizdən böyük müvəffəqiyyətlə həyata keçirilir.

Əziz Prezidentimiz, müasir müstəqil Azərbaycan öz tarixinin qızıl mərhələsindədir. Hələ neçə-neçə zəfərlər qazanacağımıza, uğurlar əldə edəcəyimizə heç şübhəmiz yoxdur.

Tanrı Sizi və Azərbaycanı qorusun.

Hörmətlə,

Fidan Hacıyeva

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.