19 noyabr 2022, 14:10

Novruz Rəhimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Siz öz dövlətini qat-qat gücləndirən, ordusunu qüdrətləndirən, işğalda olan torpaqlarına azadlıq, xalqına Zəfər və firavanlıq bəxş edən Rəhbərsiniz. Buna görə də Siz dünyanın ən güclü Liderlərindən biri hesab olunursunuz və xalqımız haqlı olaraq Sizinlə qürur duyur. Mən də bu ölkənin bir vətəndaşı kimi, bütün bunlara görə fəxr edirəm.

Bu məqamda ulu əcdadımız Dədə Qorqudun sözləri yadıma düşür: “Torpağı qorumasan əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən qorumağa dəyməz”. Bu gün Azərbaycan torpaqları həm etibarlı şəkildə qorunur, həm əkib-becərilir, həm də abadlaşdırılır, gülüstana çevrilir.

Cənab Prezident, Sizin fəaliyyətinizi televiziyadan, mətbuatdan daim izləyirəm, seyr edirəm. Siz ölkəmizi çox uğurla və müdrikliklə müdafiə edir, qoruyursunuz. Azərbaycanı dünyada öz sözünü deyən ölkəyə çevirmisiniz.

Bizim əziz və hörmətli dövlət başçımız, var olun. Allah Sizi və Mehriban xanımı qorusun. Amin.

Xoş arzularla,

Novruz Rəhimov

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.