18 noyabr 2022, 17:15

Zeynəb Bayramovadan, Naftalan, Azərbaycan

Müzəffər Ali Baş Komandan, şanlı Zəfəri xalqının, millətinin tarixinə əbədi həkk edən cəsur Sərkərdə.

Vətən üçün göstərdiyiniz bu misilsiz xidmətləri xalqımız heç zaman unutmayacaq. Var olun!

Torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canından keçmiş şəhidlərin ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdaram.

Sizin tapşırıqlarınızın, yüksək diqqət və qayğınızın nəticəsidir ki, bölgələrdə də hər zaman yüksək qayğı ilə əhatə olunuruq. Şəhidlər – Mehman və Vaqif Bayramovların anası olaraq, Sizə dərin təşəkkürümü bildirirəm. Zəfər Günü ərəfəsində imzaladığınız Sərəncamla mənim oğlum, Aprel döyüşləri şəhidi Vaqif Bayramov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Bu mükafat, ölkə rəhbəri olaraq Sizin şəhidə, onun ailəsinə göstərdiyiniz diqqət və qayğının, yüksək ehtiramın təzahürüdür. Eyni zamanda, bu mükafat şəhid anası olaraq şəxsən mənim üçün və onun ailəsi üçün təsəllidir.

Sizə bir daha dərin və sonsuz təşəkkürümü bildirirəm.

Hörmətlə,

Bayramova Zeynəb Əsgər qızı, şəhid anası

Azərbaycan Respublikası, Naftalan şəhəri.