18 noyabr 2022, 13:13
Əlifağa Şəfiyevdən, Bakı, Azərbaycan
Çox hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Mən İkinci Qarabağ müharibəsi veteranıyam. Sizin daxili və xarici siyasətinizi bəyənirəm və dəstəkləyirəm.
Siz Azərbaycanda xalqla iqtidar arasındakı birliyi, qarşılıqlı inamı daha da möhkəmləndirdiniz. Müharibə iştirakçısı kimi deyə bilərəm ki, bu müsbət amillər Ordumuzun ümumi gücünə, əsgərlər arasındakı bağlılığa, döyüş ruhuna təsirini göstərir. Biz gördük ki, Ali Baş Komandanına və döyüş yoldaşlarına sarsılmaz inamı olan əsgər çox şeyə qadirdir.
Müzəffər Ali Baş Komandan, Sizinlə fəxr edir və qürur duyuram.
Hörmətlə,
Şəfiyev Əlifağa
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.