Fərid Şərifovdan, Bakı, Azərbaycan
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
17 noyabr 2022, 18:02
Hörmətli cənab Prezident.
Ölkəmiz və xalqımız üçün gördüyünüz misilsiz işlərə görə Sizi alqışlayıram.
Siz ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısısınız. Sizin siyasətinizdə gənclər də mühüm yer tutur. Təməl daşı ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm qoyulan müasir Azərbaycan gəncliyi gələcəyə doğru iri addımlarla irəliləməkdədir. Mən də bir gənc olaraq Sizinlə qürur duyuram.
Cənab Prezident, şəxsən öz adımdan və ailəm adından Sizə təşəkkür edirəm.
Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Şərifov Fərid
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.