İlham Əliyevin Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşü
Text size
15 noyabr 2022, 18:40
Noyabrın 15-də Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.
Görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu, fəal siyasi dialoqun həyata keçirildiyi bildirildi.
Söhbət zamanı Albaniyanın Baş naziri Edi Ramanın bu ilin aprelində Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi işində önəmi qeyd olundu. İqtisadi və enerji sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.