logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Allahverdi Salmanovdan, Ağcabədi, Azərbaycan

Text size icon-size icon-size

15 noyabr 2022, 18:30

Hörmətli cənab Prezident.

Oğlum şəhid Tariyel Salmanovun Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək onu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinizə görə ailə üzvlərim adından, eyni zamanda, bütün Ağcabədi sakinləri adından Sizə sonsuz minnətdarlığımı bildirirəm. Bu təltif təkcə mənim övladımın deyil, 44 günlük Vətən müharibəsinin bütün şəhid və qazilərinin xidmətinə verilən ən yüksək dəyərdir.

Əziz Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı, çətin və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Tanrı Sizi qorusun, Zəfər həmişə Sizinlə olsun.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Salmanov Allahverdi İbrahim oğlu

Şəhid atası

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Kəhrizli kəndi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi