Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana
Text size
13 noyabr 2022, 19:55
Hörmətli Əminə xanım,
İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
Dərin hörmətlə,
Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Bakı şəhəri, 13 noyabr 2022-ci il