“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə“ Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 610-VIQD nömrəli Qanununun tətbiqi və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12 noyabr 2022, 13:17
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə“ Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 610-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 794; 2013, № 11, maddə 1340; 2014, № 12, maddə 1569; 2017, № 1, maddə 60, № 8, maddə 1521; 2018, № 9, maddə 1840; 2022, № 5, maddə 475; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 avqust tarixli 1784 nömrəli Fərmanı) 4.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“4.3. həmin Qanunun 34-2.0-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:
4.3.1. Qanunun 34-2.0.1-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
4.3.2. Qanunun 34-2.0.2-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
4.3.3. Qanunun 34-2.0.3-cü maddəsinə münasibətdə – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
4.3.4. Qanunun 34-2.0.4-cü maddəsində nəzərdə tutulan hava, su (Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində və Azərbaycan Respublikasının Berbout-çarter Reyestrində qeydiyyata alınmış) və dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, texnoloji nəqliyyat vasitələri, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 2-ci hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, digər nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
4.3.5. Qanunun 34-2.0.5-ci və 34-2.0.6-cı maddələrinə münasibətdə – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
4.3.6. Qanunun 34-2.0.7-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;
4.3.7. Qanunun 34-2.0.8-ci maddəsinə münasibətdə – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
4.3.8. Qanunun 34-2.0.9-cu maddəsinə münasibətdə – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
4.3.9. Qanunun 34-2.0.10-cu maddəsində nəzərdə tutulan kənd təsərrüfatı texnikasına münasibətdə – Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, digər nəqliyyat vasitələrinə münasibətdə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə“ Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 610-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. İcbari Sığorta Bürosuna tövsiyə edilsin ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 34-2-ci və 34-4-cü maddələrinə əsasən aidiyyəti qurumların informasiya ehtiyatlarının və sistemlərinin əlaqələndirilməsi, həmin ehtiyat və sistemlərdə olan sənədlərin, habelə informasiyanın qanunla müəyyən edilmiş qaydada əldə edilməsi, elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunması və istifadəçilərin onlardan istifadəsinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin edilməsi üçün tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2022-ci il