Ənvər Heydər oğlundan, Sumqayıt, Azərbaycan
06 sentyabr 2012, 14:40
Möhtərəm cənab Prezident!
Bütün xalqımız kimi biz Sumqayıt şəhərinin əhalisi, o cümlədən ağsaqqallar Sizin zabit Ramil Səfərovun Vətənə gətirilməsi və azadlığa buraxılması ilə bağlı gördüyünüz işləri ürəkdən alqışlayır, çox sağ olun deyirik. Biz inanırdıq ki, Siz Azərbaycanın Dövlət bayrağının şərəfini, zabit ləyaqətini qoruyan övladımızı darda qoymayacaqsınız. Bu belə də oldu. İndi Ramil vətəndə, doğmalarının yanındadır. Bu xoşbəxtliyi ona və bizə Siz bəxş etmisiniz. Sizin Azərbaycanımızın qüdrətlənməsi, çiçəklənməsi, dünyada nüfuzunun artması üçün gördüyünüz işlər bizdə daha xoş gələcək üçün inam yaradır. İnam olan yerdə qələbə vardır. Çox keçməz ki, biz böyük Qələbəmizin də sevincini yaşayarıq. Biz buna qəti əminik. Çünki dövlətimizin Sizin kimi müdrik rəhbəri, ordumuzun cəsarətli Ali Baş Komandanı vardır. Bir daha Sizə ürəkdən çox sağ olun deyirik.
Hörmətlə,
Ənvər Heydər oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.