Şahin Novruzovdan, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
12 noyabr 2022, 11:40
Hörmətli cənab Prezident.
Mən şəhid atasıyam. Bütün şəhid ataları adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizin göstəriş və tapşırıqlarınız nəticəsində biz şəhid ailələri daim diqqət mərkəzindəyik. Ailəmizə sevinc bəxş edərək bizi mənzillə təmin etdiniz. Bu, Sizin diqqət və qayğınızın təzahürüdür.
Mənim oğlum Aqşin Novruzov Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, 2020-ci il oktyabrın 13-də qəhrəmancasına şəhid olmuşdur. O, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.
Siz mənim oğlumun və digər şəhidlərimizin qanını yerdə qoymadınız, bizə Zəfəri, Qarabağımızı bəxş etdiniz.
Allah Sizi və Azərbaycan xalqını daim qorusun.
Hörmətlə,
Novruzov Şahin İsa oğlu
Şəhid atası
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.