Aynur Babayevadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən, Vətən müharibəsi şəhidi baş leytenant Vüsal Babayevin həyat yoldaşıyam. Həyat yoldaşım 2020-ci il oktyabr ayının 21-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Sizin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 2022-ci il 5 noyabr tarixli Sərəncamınızla 600-dən çox şəhid yüksək dövlət ordeni və medalları ilə təltif olunmuşlar. Mənim həyat yoldaşım da onların sırasındadır. O, “Azərbaycan Bayrağı” ordeni və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Cənab Prezident, bu diqqətinizə, həyat yoldaşımın igidliyinə verdiyiniz yüksək dəyərə görə Sizə təşəkkürümü bildirirəm.
Hörmətlə,
Babayeva Aynur Mirhəsən qızı
Şəhid ailəsinin üzvü
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.