Yeganə Məmmədovadan, Gəncə, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
10 noyabr 2022, 14:05
Hörmətli cənab Prezident.
Mən çox sevinirəm ki, Sizin kimi Vətənini qoruyan, xalqının rifahı üçün gecə-gündüz əzmkarlıqla çalışan, onu qürurlandıran liderin rəhbərlik etdiyi bir ölkənin vətəndaşıyam.
Cənab Prezident, ölkəmizdə görülən işlər göz önündədir. Respublikamız hər sahədə daha da irəli gedir. Məhz Sizin düşünülmüş addımlarınız sayəsində ölkəmiz siyasi arenada sözünü deyə bilən beynəlxalq amillərdən birinə çevrilmişdir.
Mən Vətənini sevən, ona candan bağlı olan veteran bir atanın qızı, bayrağımızı dalğalandıran idmançının həyat yoldaşıyam. Biz ailəvi olaraq Sizə hər zaman minnətdarıq. Sizi sevirik və dəstəkləyirik. Hər zaman yanınızdayıq.
Allah Sizi və Vətənimizi qorusun.
Hörmətlə,
Məmmədova Yeganə Həsən qızı
Azərbaycan Respublikası, Gəncə şəhəri.