Eltəkin Quliyevdən, Naftalan, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
05 noyabr 2022, 19:01
Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşı olduğum üçün fəxr edirəm. Siz Vətənimizin ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində dahi sərkərdə olduğunuzu sübut etdiniz. Siz, xalqımızın birliyini ehtiva edən “dəmir yumruq”la düşmənə sarsıdıcı zərbə vuraraq ona yerini göstərdiniz. Mən və ailəm bir vətəndaş olaraq, Sizinlə fəxr edirik. Biz naftalanlılar Sizi daim dəstəkləyirik. Sizi və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu Zəfərdə Sizin uzun illər həyata keçirdiyiniz diplomatiyanın, müdrik iqtisadi və hərbi strategiyanın, ordumuzun şücaətinin, şəhidlərimizin qəhrəmanlığının, xalqımızın dəstəyinin xüsusi yeri vardır.
Cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.
Allah Sizi və ölkəmizi qorusun.
Hörmətlə,
Quliyev Eltəkin İbadət oğlu
Azərbaycan Respublikası, Naftalan şəhəri.