Niyazi Qiyasovdan, Bərdə, Azərbaycan
Text size
05 noyabr 2022, 15:28
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə nəticəsində Qarabağın işğaldan azad edilməsi bizə böyük sevinc hissi yaşatdı. Mən Vətən müharibəsi iştirakçısı olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşməkdən qürur duyuram.
Əziz Prezident, dövlətimizin daha da inkişafı istiqamətində Sizin hələ çox uğurlara imza atacağınıza inanırıq. Biz həmişə Sizi dəstəkləyirik və ətrafınızda sıx birləşmişik. Hər zaman əmrinizə müntəzirik.
Allah Sizi və Vətənimizi qorusun!
Hörmətlə,
Qiyasov Niyazi Nizami oğlu
Azərbaycan Respublikası, Bərdə rayonu.