“Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı haqqında Əsasnamə”nin və “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Text size
03 noyabr 2022, 13:09
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci və 18.2-ci maddələrinə əsasən qərara alıram:
1. “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan müvəqqəti xüsusi idarəetmə orqanı haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə 1).
2. “Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaradılan mərkəzi idarəetmə orqanı haqqında Əsasnamə” təsdiq edilsin (Əlavə 2).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 noyabr 2022-ci il