Sabir Abdullayevdən, Gəncə, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
03 noyabr 2022, 15:02
Hörmətli cənab Prezident.
Şəhid ailələrinə şamil edilən güzəşt və imtiyazlara, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən böyük işlərə və qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında göstərilən köməyə görə Sizə minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı, işlərinizdə bol-bol müvəffəqiyyətlər arzulayıram.
Ulu öndərimiz Heydər Əliyevin və Sizin Azərbaycana rəhbərliyiniz dövründə şəhid ailələrinin problemlərinin həlli diqqət mərkəzində olmuş və bunun üçün məqsədyönlü işlər görülmüşdür. Övlad itkisi nə qədər ağır olsa da, şəhid ailələri dövlətin qayğısına, torpaqlarımızın azadlığına və şəhidlərin qanının yerdə qalmadığına görə təskinlik tapırlar.
Mən bir şəhid atası olaraq, bütün bunlara görə Sizə şəxsən öz adımdan və ailəm adından bir daha minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Sabir Abdullayev
Şəhid atası
Azərbaycan Respublikası, Gəncə şəhəri.