Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
02 noyabr 2022, 15:44
Hörmətli cənab Prezident.
Siz Azərbaycan xalqının sülh şəraitində və firavan yaşamağı üçün məqsədyönlü addımlar atır, böyük əmək sərf edirsiniz. Oktyabrın 31-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən görüşləri diqqətlə izlədim və Sizinlə bir daha qürur duydum.
Xalqını və dövlətini Sizin kimi çox sevən dövlət rəhbərləri tarixdə nadir hallarda yer almışdır. Sizin ümumilikdə Qafqaz regionunda sülhün bərqərar olması üçün məqsədyönlü fəaliyyətiniz, zəhmət və əməyiniz bir çox dövlət rəhbərinə nümunə olmalıdır.
Azərbaycan xalqını həmişə olduğu kimi, Soçidə də qürurlu duruşunuzla və uğurla təmsil etdiyiniz üçün Sizə minnətdaram.
Hörmətlə,
Hüseynov Vüsal
Azərbaycan Respublikası, Göyçay şəhəri.