Namiq Bağırovdan, Saatlı, Azərbaycan
06 sentyabr 2012, 14:15
Hörmətli cənab Prezident!
Ramil Səfərovun əfv olunması haqqında Sərəncamınız hər bir vətənpərvər azərbaycanlını ürəkdən sevindirmişdir. Ramil Səfərov Azərbaycanın şərəfini, Vətəninin şərəfini qorumuşdur. Bu qeyrətli oğulun ermənilərin fitvası ilə qərib ölkədə dustaq həyatı yaşaması hər birimizin qəlbini ağrıdırdı. Bu ağrıya Siz öz müdrik, cəsarətli qərarınızla məlhəm qoydunuz. Bu, həmişə tarixdə qalacaq bir işdir. Siz müdrik qərarınızla tarix yazdınız. Ramil indi öz doğma Vətənində azadlıqdadır. Ancaq bizim hələ Qarabağ yaramız da vardır. Bu yaranın sağalması üçün Ramil kimi qeyrətli oğullarımız çoxdur. Onlar Ali Baş Komandan kimi Sizin əmrinizi gözləyirlər. İnşallah, tezliklə Qarabağ zəfərimizi də bayram edərik! Bu yolda Sizə uğurlar arzulayırıq!
Hörmətlə,
Namiq Bağırov, Maliyyə idarəsinin rəisi
Azərbaycan Respublikası, Saatlı rayonu.