Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair Çərçivə Sazişinin təsdiq edilməsi haqqında” 2018-ci il 26 sentyabr tarixli 282 nömrəli və “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
29 oktyabr 2022, 13:49
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1326 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair Çərçivə Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 282 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1845) 2-ci hissəsində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1248, № 12 (I kitab), maddə 1472; 2021, № 2, maddə 120, № 5 maddə 452; 2022, № 5 maddə 463) 12-ci hissəsində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 oktyabr 2022-ci il