Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 2008-ci il 4 noyabr tarixli 27 nömrəli, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2009-cu il 17 avqust tarixli 443 nömrəli, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli 885 nömrəli, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 696 nömrəli və “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli 2178 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
29 oktyabr 2022, 13:51
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1326 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 noyabr tarixli 27 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 986; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521; 2018, № 3, maddə 462) 2-ci hissəsində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli 443 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 651; 2010, № 9, maddə 793) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın “8. Dövlət Proqramının həyata keçirilməsi üçün Tədbirlər Planı” hissəsinin 2.2.2-ci, 2.2.3-cü yarımbəndləri və 5.2-ci bəndi ləğv edilsin.
3. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 409; 2014, № 9, maddə 1027; 2016, № 2 (II kitab), maddə 341; 2017, № 8, maddə 1521, № 10, maddə 1847; 2018, № 3, maddə 463; 2020, № 5, maddə 601; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 avqust tarixli 3412 nömrəli Sərəncamı) 2-ci, 3-cü, 7-ci hissələri və 4.2-ci bəndi ləğv edilsin.
4. “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 696 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2352; 2020, № 9, maddə 1185) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2-ci hissədə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” sözləri ilə əvəz edilsin;
4.2. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın “8. “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsi üzrə:
4.2.1. 2.1–2.4-cü, 3.2-ci bəndlərin və 7.2.1-ci, 7.2.2-ci yarımbəndlərin “İcraçı orqanlar” sütununda “Azərkosmos” ASC” sözləri “Azərkosmos” sözü ilə əvəz edilsin;
4.2.2. “Akronimlər” hissəsinə “CİS – Coğrafi İnformasiya Sistemləri” sözlərindən sonra aşağıdakı məzmunda akronim əlavə edilsin:
“Azərkosmos – Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)”.
5. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 942, № 12 (II kitab), maddə 1520; 2021, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 5-ci hissədə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” sözləri ilə əvəz edilsin;
5.2. həmin Sərəncamla təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nın 8.1–8.3-cü bəndlərinin “İcraçılar” sütununda “Azərkosmos” ASC” sözləri “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 oktyabr 2022-ci il