Elman Mustafayevdən, Gəncə, Azərbaycan
28 oktyabr 2022, 12:21
Hörmətli cənab Prezident.
Sizin Ali Baş Komandanlığınız altında Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində əzəmətli Zəfəri dillərə dastandır və tarix boyu yaşayacaqdır. İşğal altında olan əbədi və əzəli torpaqlarımızın azad olunması xalqımızı hədsiz sevindirməklə yanaşı, onun sarsılmaz birliyini, dözümünü, döyüş ruhunu bütün cahana nümayiş etdirdi.
Mənim oğlum Vətən müharibəsində iştirak etmiş və şəhid olmuşdur. Sizin şəhid ailələrinin sosial rifahının və həyat şəraitinin yüksəldilməsinə göstərdiyiniz diqqəti və qayğını mən də yaxından hiss edirəm. Övladımın şəhid olmasının ildönümünün ehtiramla anılması və bununla əlaqədar mərasimin keçirilməsinə kömək göstərilməsi mənə böyük təskinlik verdi.
Cənab Prezident, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm. Ömrünüz uzun olsun.
Hörmətlə,
Elman Mustafayev
Vətən müharibəsi şəhidinin atası
Azərbaycan Respublikası, Gəncə şəhəri.