logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ağasəlim Rəsulovdan, Quba, Azərbaycan

Text size icon-size icon-size

06 sentyabr 2012, 14:05

Hörmətli Prezident!

Ramil Səfərovu ömürlük həbsdən azad etdiyinizə görə ailəmiz adından Sizə dərin təşəkkürümüzü çatdırırıq. Bu qeyrətli addımınızla xalqımızın vətənpərvər övladlarının ürəyinə təpər, gözünə işıq, qoluna qüvvət vermisiniz. Bir daha əmin olduq ki, Siz Vətənimiz naminə, vətəndaşlarımız üçün hər bir işi görməyə qadirsiniz. Ulu Tanrı bu işdə Sizin köməyiniz olsun! Sizin rəhbərliyinizlə doğma Azərbaycanımızı qarşıda daha böyük qələbələr gözləyir. Sizin siyasətiniz Azərbaycanı səbirlə, təmkinlə qələbəyə doğru aparır. Biz Sizə güvəndiyimiz kimi, Siz də bizə güvənə bilərsiniz. Biz həmişə Sizi dəstəkləmişik və dəstəkləyəcəyik. Azərbaycan naminə gördüyünüz işlərdə Sizə uğurlar arzulayırıq.

Hörmətlə,

Ağasəlim Abuzər oğlu Rəsulov

Azərbaycan Respublikası, Quba rayonu, Nüğədi-2 kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi