Möhübbət Bədəlovdan, Naftalan, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
27 oktyabr 2022, 16:47
Hörmətli cənab Prezident.
Biz – Naftalan sakinləri Sizin fəaliyyətinizi həmişə dəstəkləyən Azərbaycan vətəndaşlarıyıq. Ümummilli liderimiz Heydər Əliyevin yolunu layiqincə davam etdirirsiniz. Siz mütəmadi olaraq şəhid ailələrinə, Qarabağ müharibəsi qazilərinə, aztəminatlı ailələrə öz humanist sərəncamlarınızla xoşbəxtlik bəxş edirsiniz.
Əsasını kurort-turizm infrastrukturu təşkil edən Naftalanda turizmin inkişafı istiqamətində görülən işlər və əldə edilən uğurlar Sizin regionlara göstərdiyiniz diqqət və qayğının sübutudur və bu bizi hədsiz sevindirir. Bu gün Sizin rəhbərliyinizlə həyata keçirilən tədbirlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Ötən günlərdə şəhərimizdə tibbi turizmlə bağlı keçirilən beynəlxalq elmi konfransda iştirak edən xarici qonaqların çıxışları bir daha onu göstərir ki, dünyada Naftalana çox böyük maraq və ehtiyac var.
Möhtərəm Prezidentimiz, Sizin də vurğuladığınız kimi, şəhərimiz beynəlxalq turizm mərkəzinə çevrilib. Sizin kimi müdrik və qayğıkeş Liderimiz olduğuna görə çox xoşbəxtik.
Allah Sizi qorusun.
Hörmətlə,
Bədəlov Möhübbət Havil oğlu
Azərbaycan Respublikası, Naftalan şəhəri.