“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Text size
26 oktyabr 2022, 16:16
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2022-ci il iyunun 1-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 oktyabr 2022-ci il