Xasay Balayev və Azər Məmmədovdan, Qazax, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
26 oktyabr 2022, 15:45
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Siz Azərbaycanımıza Prezident seçildiyiniz gündən ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək, Azərbaycanımızı bütün dünyaya tanıdaraq siyasi və iqtisadi sahələrdə çox böyük uğurlar əldə etdiniz. Ordu quruculuğundakı uğurlarınız 44 günlük Vətən müharibəsində özünü bariz şəkildə göstərdi. Dünyada analoqu olmayan 44 günlük müharibədə Qələbəniz biz imtiyazlı təbəqəni çox sevindirir və qürurlandırır.
Möhtərəm Prezident, Sizin uğurlu xarici siyasətinizlə bərabər, daxili siyasətiniz, kadr siyasətiniz də bu gün öz bəhrəsini verir. Qarabağda aparılan analoqu olmayan quruculuq işləri, şəhid ailələrinə, qazilərimizə və veteranlara göstərdiyiniz çox böyük diqqət və qayğı dünyanın heç bir dövlətində yoxdur.
Möhtərəm Prezident, bütün bunlara və digər uğurlu işlərə görə Qazax rayonunda yaşayan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri, əmək və silahlı qüvvələr veteranları adından Sizə, Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.
Azərbaycanımızın işıqlı gələcəyi naminə Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Xasay Balayev
“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon filialının sədri
Azər Məmmədov
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qazax rayon söbəsinin sədri
Azərbaycan Respublikası, Qazax şəhəri.