logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Aydın Əsədovdan, Ağcabədi, Azərbaycan

Text size icon-size icon-size

06 sentyabr 2012, 13:50

Hörmətli və əziz Prezidentimiz İlham Əliyev!

Sizin Azərbaycanın üçrəngli bayrağının şərəfini uca tutan mərd vətəndaşımız Ramil Səfərovun azadlığa çıxmasındakı xidmətlərinizi çox yüksək qiymətləndiririk. Bu hünərvər işi Siz görə bilərdiniz və gördünüz. Bu sevincli günlərdə ulu öndərimizin “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam!” müdrik kəlamı dilimizin əzbəri olmuşdur. Bizim Ramil Səfərov da bu müdrik kəlamın mənasını və mahiyyətini dərindən başa düşən gənclərimizdən biridir. Biz Sizinlə fəxr edirik! Sizə Ağcabədi camaatı, sakini olduğum Qərəvəlli kəndinin sakinləri adından dərin minnətdarlığımızı çatdırıram. Ürək sözlərimi aşağıdakı misralarla bitirmək istəyirəm:

Əzizim uca yerdə,
Allahdı uca yerdə,
Tanrı Sizi saxlasın,
Həmişə uca yerdə.

Hörmətlə,

Aydın Abdin oğlu Əsədov

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qərəvəlli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi