İsmayıl Əsədovdan, Zərdab, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
25 oktyabr 2022, 12:27
Hörmətli cənab Prezident.
Azərbaycan xalqının dahi oğlu, tariximizə adını qızıl hərflərlə yazdırmış ulu öndərimiz Heydər Əliyevin davamçısı kimi Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət, vətəndaşlara göstərdiyiniz diqqət və qayğı bizi hər zaman sevindirir.
Siz dünya siyasətində xüsusi çəkisi olan, ölkəmizi inkişaf etdirən, beynəlxalq miqyasda onun nüfuzunu artıran Lidersiniz. Sizinlə fəxr edirik.
Cənab Prezident, ölkəmizdə hər bir vətəndaşın hüquq və azadlıqları yüksək səviyyədə qorunur, sosial problemləri həll edilir. Siz dəfələrlə dövlət məmurlarına vətəndaşlarla düzgün davranmaları, onlara qarşı ədalətli olmaları barədə göstərişlər verirsiniz. Bütün bunlar Sizin nə qədər qayğıkeş dövlət başçısı olduğunuzu bir daha sübut edir.
Möhtərəm Prezident, mən bu yaxınlarda Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunmuşam. Ölkəmizin tibb ocaqlarında biz vətəndaşlar üçün yaradılan gözəl şəraitə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Cənab Prezident, Sizə çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Ulu Tanrı Sizi və ölkəmizi qorusun.
Hörmətlə,
Əsədov İsmayıl Mayıl oğlu
Azərbaycan Respublikası, Zərdab rayonu.