logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Birinci vitse-prezident Mehriban Əliyeva dünya çempionu olmuş şahmatçılarımızı təbrik edib

Text size icon-size icon-size

23 oktyabr 2022, 14:35

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatında qızıl medallar qazanan Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.

Birinci vitse-prezidentin bununla bağlı paylaşımında deyilir: “ Əziz Gövhər Beydullayeva və Abdulla Qədimbəyli! Parlaq qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm! Sizinlə qürur duyuram! Əməyinizə və iradənizə görə sağ olun! Azərbaycana Qələbələr yaraşır!”.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi