Cankişi Ramazanovdan, Astara, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
24 oktyabr 2022, 12:30
Hörmətli cənab Prezident.
Bizim ailə aztəminatlıdır. Özüm fəhlə işləyirəm, halal çörəyimi qazanıb ailəmi dolandırıram. Övladım əlildir, daimi qayğıya ehtiyacı var. Ölkəmizdə bütün aztəminatlı ailələr kimi, bizim ailə də dövlətimizin qayğısı ilə əhatə olunmuşdur. Övladım aylıq sosial ödənişlə təmin edilmişdir.
Onu da demək istəyirəm ki, bir müddət əvvəl, Sizə ünvanladığımız müraciətimizə tez bir zamanda baxıldı və qaldırdığımız məsələ müsbət həll olundu. Bizə göstərdiyiniz diqqət və qayğınız üçün Sizə öz təşəkkürümü bildirirəm.
Cənab Prezident, ölkəmizin inkişafı, vətəndaşlarımızın firavan yaşaması üçün gördüyünüz bütün işlərdə Sizə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Cankişi Ramazanov
Azərbaycan Respublikası, Astara rayonu, Kijəbə qəsəbəsi.