20 oktyabr 2022, 17:00

Cabir Hacıyevdən, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident.

İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin uğurla davam etdirilməsi xalqımızı qəlbən qürurlandırır. Artıq neçə illərdir xalqımız Sizin sistemli fəaliyyətinizin və bunun müqabilində qazanılan uğurların şahididir. Ölkəmizin iqtisadi və hərbi qüdrətinin, əhalinin sosial rifah halının yüksəlməsi gələcəyə daha inamla baxmağa əsas verir.

Bu il oktyabr ayının 4-ü bizim üçün əlamətdar bir günə çevrildi. Həmin gün Mehriban xanım Əliyeva ilə birlikdə Ağdam rayonuna səfəriniz çərçivəsində Xıdırlı kəndinin təməlqoyma mərasimində iştirakınız bizi – Xıdırlı kəndinin sakinlərini hədsiz sevindirdi. Ümumilikdə, ağdamlılar Sizin və Mehriban xanımın rayonumuza olan diqqətinizi heç vaxt unutmayacaqlar.

Cənab Prezident, Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə gördüyünüz işlərə görə Sizə dərin təşəkkürümü bildirir və “çox sağ olun” deyirəm.

Allah Sizin kölgənizi dövlətimizin başı üzərindən əskik etməsin. Ömrünüz uzun, həyatınız daim firavan olsun.

Hörmətlə,

Cabir Hacıyev

Azərbaycan Respublikası, Ağdam rayonu, Xıdırlı kəndi.