logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Laçın Əzizovdan, Şəki, Azərbaycan

Text size icon-size icon-size

21 oktyabr 2022, 12:50

Hörmətli cənab Prezident.

Ölkəmizdə imtiyazlı təbəqədən olan vətəndaşlara göstərilən dövlət qayğısı əvəzsizdir. Ünvanlı dövlət sosial yardımlarının təyin olunması, sosial müavinətlərin və təqaüdlərin verilməsi, əhalinin özünüməşğulluq proqramına cəlb olunması sosial siyasətlə yanaşı, həm də deyərdim ki, çox humanist bir addımdır. Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən belə ardıcıl tədbirlər öz müsbət nəticəsini verir, xalqımızın rifahının yüksəlməsinə gətirib çıxarır.

Cənab Prezident, mən aztəminatlı ailənin üzvüyəm. Bizim ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Dövlətimizin dəstəyi və qayğısı ilə dolanırıq. Ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən, Sizin uğurlu sosial-iqtisadi siyasətinizdən, humanist addımlarınızdan razılığımız böyükdür.

Xalqa göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edir, uzun ömür, cansağlığı, fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.

Allah Sizi qorusun.

Hörmətlə,

Laçın Əzizov

Aztəminatlı ailənin üzvü

Azərbaycan Respublikası, Şəki şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi