Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin kollektivindən, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də həyata keçirilən islahatlar, təhsil işçilərinə göstərilən diqqət və qayğı göz önündədir. Biz təhsil işçiləri olaraq bu diqqət və qayğını daim üzərimizdə hiss edirik.
Sizin Sərəncamınızla kəndimizdə 437 şagird yerlik yeni məktəb binasının tikilməsi təhsilə verdiyiniz önəmin daha bir bariz nümunəsidir. Məktəbimizdə 43 nəfər pedaqoji işçi çalışır. Göstərilən diqqət və qayğıdan ruhlanan kollektivimizin hər bir üzvü çalışır ki, gələcəyimiz olan gənclər elmə, biliyə dərindən yiyələnsinlər, milli ruhda böyüyüb Ulu Öndər Heydər Əliyevin ideyalarına, azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi yetişsinlər.
Cənab Prezident, təhsil sahəsinə göstərdiyiniz diqqət və qayğıya görə Tərtər rayonunun Xoruzlu kənd tam orta məktəbinin müəllim və şagird kollektivi adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Ulu Tanrı Sizi qorusun.
Hörmətlə,
Tərtər rayon şəhid Adil Məmmədov adına Xoruzlu kənd tam orta məktəbinin kollektivi:
Səfərov Elşən Rafiq oğlu
Rəhimova Günel Məhərrəm qızı
Məmmədov Hüseyin Firidun oğlu
Qasımova Vüsalə İdris qızı
Məmmədov Rafiq Asif oğlu
Azərbaycan Respublikası, Tərtər rayonu, Xoruzlu kəndi