logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vasif Şirinovdan, Şəki, Azərbaycan

Text size icon-size icon-size

19 oktyabr 2022, 14:04

Hörmətli cənab Prezident.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə Azərbaycanı bütün dünyada qalib dövlət, xalqımızı isə məğrur xalq kimi tanıtdı.

Sizin rəhbərliyiniz və bilavasitə nəzarətinizlə ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən dövlət qayğısı, onlarla bağlı həyata keçirilən sosial layihələr böyük rəğbətlə və minnətdarlıqla qarşılanır. Ölkəmizin hər yerində bu istiqamətdə görülən işlər Sizin nə qədər qayğıkeş lider olduğunuzu bir daha sübut edir.

Cənab Prezident, mənim atam da Qarabağ müharibəsi qazisidir və mən ona göstərilən qayğının əyani şahidiyəm. Ailəm adından Sizə minnətdarlığımızı bildiririk.

Sizə möhkəm cansağlığı, uzun ömür, ölkəmiz naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Ulu Tanrı Sizi və Azərbaycanımızı qorusun.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Şirinov Vasif Mehman oğlu

Azərbaycan Respublikası, Şəki şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi