Əsli Musayevadan, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
15 oktyabr 2022, 14:40
Hörmətli cənab Prezident.
Mən Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyəti dövründə onun televiziyada çıxışlarını, xarici səfərlərini, apardığı siyasəti, düşmənlərimizə qarşı mübarizəsini, daxili və xarici siyasətini həmişə çox bəyənib dəstəkləmişəm. Ulu Öndərimizin apardığı daxili və xarici siyasət onu və dövlətimizi sevənlər kimi, məni də çox sevindirib, dövlətimizə və onun gələcəyinə inamımı artırıb.
Mən hələ orta məktəbdə oxuyarkən şeirlər yazmışam və bu günə qədər yazıram. Qafqazda və bölgədə sülh uğrunda apardığı məqsədyönlü fəaliyyətinə görə Ulu Öndər Heydər Əliyev Türkiyə Respublikasının Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görüldüyü zaman fəxr və qürurla şeir qələmə almışdım. Həmin şeir yenicə çapdan çıxmış kitabımda ön səhifələrdə yer alır.
Fəxrlə deyə bilərəm ki, hələ 2003-cü ildə Sizin Prezident seçilməyinizi böyük sevinclə qarşılamışam və Sizi dəstəkləmişəm. Bu, mənim şeirlərimdə də poetik ifadəsini tapmışdır.
Möhtərəm Prezident, Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Əsli Musayeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.