logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Zakir Şükürovdan, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

13 oktyabr 2022, 16:29

Hörmətli cənab Prezident.

Sizin xarici ölkələrə səfərlərinizi, mötəbər beynəlxalq tədbirlərdə iştirakınızı və çıxışlarınızı, dövlət və hökumət başçıları ilə görüşlərinizi maraqla və qürurla izləyir, apardığınız siyasəti həmişə dəstəkləyirik. Siz ölkəmizi çox yüksək səviyyədə təmsil edərək həm özünüzün, həm də Azərbaycanın adını ucaldırsınız. Sizin çıxışlarınızı, jurnalistlərin suallarına cavablarınızı dinləyərkən çox geniş biliyə və məlumata, yüksək siyasi-diplomatik hazırlığa malik olduğunuzu görürük.

Siz xalqımızın problemləri ilə dərindən maraqlanırsınız. Biz bunun şahidiyik. Ən böyük problemimiz olan Qarabağ məsələsini də həll etdiniz, torpaqlarımızı geri qaytardınız.

Gələcək işlərinizdə Sizə uğurlar arzu edirik, cənab Prezident.

Allah Sizi qorusun.

Hörmətlə,

Zakir Şükürov

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Məlikqasımlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi