Xanoğlan Atakişiyevdən, Saatlı, Azərbaycan
Text size
06 sentyabr 2012, 12:45
Möhtərəm cənab Prezident!
Macarıstanda həbsdə olan Azərbaycanın qeyrətli və vətənpərvər oğlu, Milli Ordunun zabiti Ramil Səfərovun azadlığa buraxılması Sizin həyata keçirdiyiniz diplomatiyanın çox böyük qələbəsidir. Bu diplomatiya müstəqil Azərbaycanımıza hələ çox böyük uğurlar qazandıracaqdır. Azərbaycan hər bir sahədə inkişaf edir, bu inkişafın təməlində Sizin tərəfinizdən uğurla həyata keçirilən Heydər Əliyev siyasəti dayanır. Yaşasın Azərbaycan, yaşasın Heydər Əliyev siyasəti!
“Melo Servis” MMC-nin kollektivi adından
dərin hörmətlə,
Xanoğlan Kamil oğlu Atakişiyev
Azərbaycan Respublikası, Saatlı rayonu.