Ramazan Qasımzadə və başqalarından, Zərdab, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
11 oktyabr 2022, 12:02
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə Vətən müharibəsində qazandığımız şanlı Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Siz xalqımızın Qarabağ həsrətinə son qoydunuz, Azərbaycan tarixinə torpaqlarımızı düşməndən azad edən qalib sərkərdə kimi düşdünüz.
Cənab Prezident, “Dəmir yumruq” əməliyyatı ilə düşməni diz çökdürərək sübut etdiniz ki, bizim möhkəm iradəli, qətiyyətli Ali Baş Komandanımız, güclü ordumuz, qüdrətli dövlətimiz var. Sizin yürütdüyünüz uzaqgörən daxili və xarici siyasət sayəsində Azərbaycan döyüş meydanı ilə yanaşı, siyasi-diplomatik arenada da, informasiya mübarizəsində də çox böyük uğurlar qazandı. Sizin kimi müdrik, cəsarətli Liderimizin olması ilə fəxr edirik.
Müzəffər Ali Baş Komandan, biz də Vətən müharibəsində iştirak etmişik və bundan qürur duyuruq. Sizin müharibə iştirakçılarına göstərdiyiniz diqqət və qayğıdan çox razıyıq. Siz atdığınız addımlarla hər zaman vətəndaşlarımızın yanında olduğunuzu sübut edirsiniz. Ölkəmizin hər yerində bizə diqqət və qayğı sonsuzdur. Bunları görəndə biz daha da ruhlanırıq.
Cənab Prezident, bizə göstərilən diqqət və qayğıya görə Sizə sonsuz təşəkkürümüzü bildiririk. Sizi dəstəkləyirik və hər zaman dəstəkləyəcəyik.
Ulu Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Ramazan Qasımzadə
Ülvi Ələsgərov
Nadir Mirzəyev
İntiqam Osmanlı
İbad Allahverənli və başqaları.
Vətən müharibəsi döyüşçüləri
Azərbaycan Respublikası, Zərdab rayonu.