Murad Vəlizadədən, Salyan, Azərbaycan
10 oktyabr 2022, 19:00
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Bu günlərdə Çexiyaya səfəriniz zamanı keçirdiyiniz görüşlər, əldə edilən razılaşmalar, xüsusilə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Sizin diplomatik məharətinizi bir daha bütün dünyaya göstərdi və bizi son dərəcə qürurlandırdı. Artıq Ermənistan öz öhdəliklərini icra etməkdən başqa yolunun qalmadığını görür.
Sizin müdrik siyasətiniz sayəsində bu gün Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət aparan, qətiyyətli mövqeyi ilə seçilən, öz sözünü deyən ölkə kimi tanınır.
Tarix yazan Prezidentimiz, biz Azərbaycan gəncləri Sizinlə fəxr edirik.
Allah Sizi və ölkəmizi qorusun.
Hörmətlə,
Vəlizadə Murad Rasim oğlu
Azərbaycan Respublikası, Salyan rayonu, Qaraçala qəsəbəsi.