Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin uzaqgörən siyasətinizin, diplomatik səylərinizin nəticəsidir ki, Praqada Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bu, Sizin rəhbərliyinizlə ölkəmizin qazandığı növbəti diplomatik uğurdur.
44 günlük Vətən müharibəsi zamanı qəbul etdiyiniz siyasi, hərbi qərarlar, nümayiş etdirdiyiniz qətiyyətli mövqe çoxdan bəri gözlədiyimiz Qələbəmizi tariximizin şanlı səhifəsinə çevirdi. Bu gün Qarabağımızda aparılan möhtəşəm bərpa, quruculuq işləri dövlətimizin qüdrətini, Müzəffər Ali Baş Komandan kimi Sizin güclü siyasi iradənizi göstərir.
Cənab Prezident, gördüyünüz bütün bu işlərə görə Sizə minnətdarlıq edir, ölkəmizin inkişafı, beynəlxalq aləmdə nüfuzunun daha da artması istiqamətində yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Allah Sizi və ölkəmizi qorusun.
Hörmətlə,
Hüseynov Vüsal Ceyhun oğlu
Azərbaycan Respublikası, Göyçay rayonu.