Zülfü Quliyevdən, Gəncə, Azərbaycan
Text size
08 oktyabr 2022, 13:10
Möhtərəm cənab Prezident.
Sizin təhsilimizə göstərdiyiniz diqqət və qayğı xalqımızın daha parlaq gələcəyinin təminatçısıdır.
Sizin müvafiq Sərəncamınıza uyğun olaraq, mən “Tərəqqi” medalı ilə təltif edilmişəm. Əmək fəaliyyətimə verdiyiniz yüksək dəyər məni bir müəllim kimi ruhlandırır. Söz verirəm ki, şagirdlərimizin yaxşı təhsil alması və vətənpərvərlik ruhunda yetişməsi üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.
Hörmətlə,
Quliyev Zülfü Şahbaz oğlu
Xocalı rayon sakini, “Tərəqqi” medallı
Azərbaycan Respublikası, Gəncə şəhəri.