Qəhrəman Qasımovdan, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
07 oktyabr 2022, 18:55
Möhtərəm cənab Prezident.
Sizin təsdiq etdiyiniz müvafiq dövlət proqramları, həyata keçirdiyiniz islahatlar ölkəmizdə təhsil sahəsinə göstərdiyiniz xüsusi diqqət və qayğının əsas göstəriciləridir. Mehriban xanım Əliyeva ilə birlikdə Azərbaycan təhsilinin inkişafı istiqamətində atdığınız tarixi addımlar xalqımız, o cümlədən pedaqoji ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır və dəstəklənir. Sizin məqsədyönlü siyasətiniz nəticəsində respublikamız təhsil sahəsindəki strateji məqsədlərinə doğru inamla irəliləyir.
“Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” 2022-ci il 4 oktyabr tarixli Sərəncamınızda adımın əks olunduğunu gördükdə böyük sevinc və qürur hissi yaşadım. Mən fəxr edirəm ki, Sizin rəhbərlik etdiyiniz qalib ölkənin məğrur vətəndaşı kimi Azərbaycan təhsilinə xidmət edirəm. Mənə göstərilən bu böyük etimadı bundan sonra da doğrultmağa çalışacağam.
Sizə ailə üzvlərimin və özümün adından dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
Qasımov Qəhrəman Məhəmmədəli oğlu
Qarabağ müharibəsi veteranı, Əməkdar müəllim
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.