Etibar Ağakişiyevdən, Abşeron, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
07 oktyabr 2022, 15:11
Müzəffər Ali Baş Komandan, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, əvəzolunmaz Prezidentimiz.
Mən 2-ci qrup Qarabağ müharibəsi əlili, şəhid atasıyam. Füzuli rayonu uğrunda gedən döyüşlərdə sol ayağımı itirmişəm. Yeganə oğlum – 18 yaşlı Ağakişiyev Nurlan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmışdır. Mən bununla fəxr edirəm.
Biz şəhid ailələri üçün daha bir fəxr olunası hal Sizin diqqət və qayğınızdır. Ailəmə olan münasibət, dəstək mənə yeni ruh verdi, yaşamaq eşqi yaratdı.
Bütün bunlara görə ailəm adından Sizə dərin təşəkkürümü bildirirəm. Ulu Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə, həmişə Sizin yanınızda olan,
Ağakişiyev Etibar Ələmdar oğlu
2-ci qrup Qarabağ müharibəsi əlili, şəhid atası
Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi