Vəfa Tağıyevadan, Ağstafa, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
07 oktyabr 2022, 13:05
Hörmətli cənab Prezident.
Sizin apardığınız islahatlar bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də öz müsbət nəticələrini göstərir. Sizin və hörmətli Mehriban xanımın təşəbbüsü ilə regionlarımızda yeni məktəb binaları tikilir, bərpası zəruri olanlar isə təmir olunur.
Ulu öndər Heydər Əliyevin təhsil haqqında dediyi sözləri qeyd etmək istərdim: “Təhsil millətin gələcəyidir”, “Mən dünyada müəllimdən yüksək ad tanımıram”, “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir”, “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”.
Cənab Prezident, Siz də Ümummilli Liderimiz kimi biz müəllimlərə böyük diqqət və qayğı göstərirsiniz.
Bu yaxınlarda Müəllimlər Günü ilə bağlı imzaladığınız Sərəncamla məktəbimizin müəllimi də medalla təltif olunmuşdur.
Cənab Prezident, biz müəllimlərə diqqət, qayğı göstərdiyinizə görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Allah Sizi qorusun.
Hörmətlə,
Vəfa Tağıyeva
Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Respublikası, Ağstafa rayonu.