Ziya Altan Elmasdan, İstanbul, Türkiyə
05 oktyabr 2022, 16:36
Hörmətli cənab Prezident.
Qarabağ bölgəsində baş vermiş son hadisələr nəticəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman əsgərlərimizi yad edirik.
Biz hər zaman olduğu kimi, bu gün də qardaş Azərbaycanın yanında olduğumuzu qəti şəkildə təkrar ifadə etmək istəyirik. Bir millət, iki dövlət anlayışı ilə qardaş Azərbaycan xalqının sevinci sevincimiz, ağrısı isə ağrımızdır.
“Sur Yapı” olaraq Azərbaycan Respublikasında investisiya və öhdəlik sahələrində güclü hədəflərimizə çatmaq üçün bütün platformalarda üstün səylər göstərmək istəyimiz gündən-günə artır.
Bu çərçivədə şirkətimiz cari il sentyabrın 16-da Azərbaycan Respublikasının Şuşa şəhərində keçirilən Şuşa Türk Biznes Forumunda yüksək rəhbərlik səviyyəsində böyük məmnuniyyətlə iştirak etmişdir.
Biz bu və buna bənzər tədbirlərin sarsılmaz birliyimizi, qırılmaz bağlarımızı daha da gücləndirəcəyinə inanırıq.
Hörmətlə,
Ziya Altan Elmas
“Sur Yapı” İnşaat Şirkətinin İdarə Heyətinin sədri
Türkiyə Respublikası, İstanbul şəhəri.