Şərqiyyə Vəliyevadan, Bərdə, Azərbaycan


04 oktyabr 2022, 13:27
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin müdrik siyasətiniz, eyni zamanda, rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımız işğaldan azad olundu. Mədəniyyət beşiyimiz olan Şuşa şəhərini geri qaytardınız.
Cənab Prezident, mən Laçın rayonundan Sosialist əməyi qəhrəmanı, qəhrəman ana, 7-8-ci çağırış Ali Sovetin deputatı, Birinci Qarabağ müharibəsi veteranı və hazırda Prezident təqaüdçüsüyəm. Şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.
Allah Sizi qorusun.
Hörmətlə,
Vəliyeva Şərqiyyə Əkbər qızı
Laçın rayonundan Sosialist əməyi qəhrəmanı
Azərbaycan Respublikası, Bərdə rayonu, Zümürxan kəndi.