logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azər Adıgözəlovdan, Abşeron, Azərbaycan

Text size icon-size icon-size

03 oktyabr 2022, 16:50

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Siz müdrik siyasətinizlə, qətiyyətli addımlarınızla nümunəvi Lider olduğunuzu dəfələrlə sübut etmisiniz.

44 günlük Vətən müharibəsində xalqımızın birliyini özündə ehtiva edən “Dəmir yumruq”la düşmənə sarsıdıcı zərbə vuraraq ona yerini göstərdiniz. Mən və ailəm bir vətəndaş olaraq Sizinlə fəxr edirik, daim Sizi dəstəkləyirik.

Cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayırıq.

Allah Sizi və ölkəmizi qorusun.

Hörmətlə,

Adıgözəlov Azər Duman oğlu

Laçın rayon sakini

Azərbaycan Respublikası, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi